2022-ci ilin birinci rübündə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

bodrum escort bayan

2022-ci ilin yanvar-mart aylarında Göyçay rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat, fiziki şəxslər və ev təsərrüfatları tərəfindən 55843,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox məhsul istehsal edilmişdir.

Məhsul və xidmətlərin ümumi həcminin 8425,0 min manatı və ya 59,8 faizi sənayedə, 15450,1 min manatı və ya 27,7 faizi kənd təsərrüfatında, 1156,7 min manatı və ya 2,1 faizi tikintidə, 971,8 min manatı və ya 1,7 faizi nəqliyyatda, 451,1 min manatı və ya 0,8 faizi informasiya və rabitədə, 29389,1 min manatı və ya 52,6 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.

Sənaye. 2022-ci ilin yanvar-mart aylarında istehsal olunmuş sənaye məhsullarının və göstərilmiş xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 59,8faiz artmışdır.

Sənaye məhsulunun 82,0 faizi emal sənayesinin, 16,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.

Kənd təsərrüfatı. Rayonda 2021-ci ilin payızında 2022-ci ilin məhsulu üçün 12342,0 hektarsahədə payızlıq dənli bitkilərin əkini aparılmışdır ki, bunun da 6200,0 hektarı buğda, 6142,0 hektarı arpadır. 2022-ci ili 2021-ci illə müqayisə etdikdə, dənli bitkilərin əkinləri 158,0 hektar və ya 1,3 faizaz aparılmışdır.

2022-ci ilin aprel ayının 1-i vəziyyətinə rayonda 1149,7 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. 2021-ci ilin aprel ayının 1-i vəziyyətinə nisbətən 356,8 hektar və ya 23,7 faiz az əkin aparılmışdır. Bu dövrdə 185,0 hektar sahədə kartof, 410,2 hektar sahədə tərəvəz, 554,5 hektar sahədə çoxillik otlar əkilmişdir. Yazlıq bitkilərin əkini davam etdirilir.

2022-ci ilin birinci rübündə rayon üzrə diri çəkidə 2035,0 ton ət, 5027,0 ton süd və 4814,0 min ədəd yumurta istehsal edilmişdir.

2022-ci il aprelin 1-i vəziyyətinə rayon üzrə 36659 baş iribuynuzlu mal-qara, o cümlədən 18218 baş inək və camış, 56921 baş qoyun və keçi mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisəsində diri çəkidə 263,0 ton quş əti istehsal olunmuşdur.

2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 15450,1 min manat təşkil etmişdir ki, onun da 82,7 min manatı bitkiçilik, 15367,4 min manatı heyvandarlıq məhsullarının payına düşür.

Tikinti. 2022-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1203,6 min manat vəsait yönəldilmiş, onun 96,1 faizitikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 41,9 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 2,4dəfəartmışdır.İstifadə edilən investisiyanın 263,3 min manatı dövlət mülkiyyətinin, 940,3 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 1172,0 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 208,7 min manat və ya 21,7 faiz çoxdur.

Pərakəndə ticarət və ödənişli xidmət. 2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 88255,5 min manatlıq məhsul satılmış,xidmət subyektləri tərəfindən 16155,8 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,4 faiz artmışdır.

Nəqliyyat, informasiya və rabitə.2022-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 212,0 min ton yük və 2180,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 17,0 min ton yük və ya 8,7 faiz, 325,0 min sərnişin və ya 17,5 faiz çoxdur.

İnformasiya və rabitə müəssisələri 2022-ci ilin yanvar-mart aylarında əhaliyə, müəssisə və təşkilatlara 451,1 min manatlıq, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə4,9 faizaz rabitə xidməti göstərmişdir.

Demoqrafik vəziyyət.İlin əvvəlindən rayon əhalisinin sayı 195 nəfər və ya 0,1 faiz artaraq2022-ci il aprel ayının 1-i vəziyyətinə 123201 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 166 nəfər olmuşdur.

Əhalinin 30,2 faizi şəhərdə,69,8 faizi isə 25 inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.

2022-ci il aprel ayının 1-i vəziyyəti ərayonda 418 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil etmişdir.

2022-ci ilin yanvar-mart aylarında rayonda 241 ölüm halı qeydə alınmışdır və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,9 olmuşdur.

Hesabat rübü ərzində rayonda 139 nikah və 40 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6, boşanmaların sayı isə 1,3olmuşdur.

Cari ilin yanvar-mart ayları ərzində miqrasiya artımı müsbət 18 nəfər olmuş, belə ki, rayona gələnlərin sayı 21 nəfər, rayondan gedənlərin sayı3 nəfər olmuşdur.

Əməkhaqqı və yeni iş yerləri.01aprel 2022-ci il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 57992 nəfər olmaqla rayon əhalisinin 47,1 faizini təşkil edir.

Məşğul əhalinin 11503 nəfəri və ya 19,8 faizi muzdla işləyənlərdir. 2022-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,0 faiz artaraq 492,6 manat təşkil etmişdir.

Regional Məşğulluq filialının təqdim etdiyi məlumata əsasən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2022-ci il aprel ayının 1-i vəziyyətinə 145 nəfər olmuşdur.

Rayonda 2022-ci ilin birinci rübündə mövcud müəssisə və təşkilatlarda 4 yeni iş yeri açılmışdır.

Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2022-ci ilin mart ayını 2022-ci ilin fevral ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, quş əti, buğda unu, uzun düyü, şəkər, şəkər tozu, karamel, peçenye bahalaşmışdır. Eyni zamanda göyərti, pomidor, xiyar, badımcan, şirin bibər, yumurta, kərə yağı, qarabaşaq yarması ucuzlaşmışdır.

2022-ci ilin mart ayını 2021-ci ilin mart ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, mal əti, qoyun əti, quş əti, kərə yağı, buğda unu, uzun düyü,pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel, peçenye bahalaşmışdır.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı

(2019-2023-cü illər)

2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının,eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır.

Rayonda yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 və 12 mənzilli yaşayış binaları inşaedilib. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılmışdır. Şəhər istirahət parkında Uşaq Əyləncə Mərkəzinin tikintisi davam etdirilir. İkinci Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 28 bulaq inşa edilmiş, Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Xiyabanda Şəhidlərin xatirəsinə həsr edilmiş “Bulaq kompleksi” istifadəyə verilmişdir.

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün rayon Məşğulluq Mərkəzi filialında 420 nəfər işaxtaran qeydə alınmış, onlardan 202 nəfər işlə təmin olunmuş, 77 nəfər işaxtaran və işsiz şəxs “özünüməşğulluq proqramı”na cəlb olunmuşdur.

Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmiş, Çaxırlı kənd ümumi orta məktəbinin əsaslı təmiri işləri davam etdirilir.

Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmışdır.

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2022-ci ilin

yanvar-mart ayları, faktiki

2022-ci ilin
yanvar-mart ayları

2021-ci ilinyanvar-mart aylarına

nisbətən, faizlə

Ümumidaxiliməhsul, min manat 55 843,8 103,7
Sənayeməhsulu, min manat 8 425,0 159,8
Əsaskapitalayönəldilmişvəsaitlər, min manat 1203,6 141,9
Kəndtəsərrüfatıməhsulu, min manat 15 450,1 100,3
Nəqliyyatsektorundayükdaşınması, min ton 212,0 108,7
Nəqliyyatsektorundasərnişindaşınması, min sərnişin 2 180,0 117,5
İnformasiyavərabitəxidmətləri, min manat 451,1 95,1
Pərakəndəticarətdövriyyəsi, min manat 88 255,5 101,2
Əhaliyəgöstərilənödənişlixidmətlər, min manat 16 155,8 105,4
Ortaaylıq nominal əməkhaqqı, manat 492,6 114,0

Paylaş: