Azadsöz.Az xəbər portalı 1 yaşını qeyd edir.

Bu gün Azadsöz.AZ-ın 1 yaşı tamam olur. 22.03.2021-ci il tarixdən fəaliyyətə başlayan xəbər saytı bir il ərzində özünə məxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.
Saytın əsas məqsədi ölkədə və dünyada baş verən müxtəlif yönümlü hadisələrlə oxucuları xəbərdar etmək olub. Obyektivliyi və qərəzsizliyi hədəfə alan sayt 7/24 saat müddətində oxucuların xəbər ehtiyaclarını tam şəkildə ödəməyi bacarıb.Yeniliklər axtarışında olan sayt rəhbərliyinin və kollektivin əsas məqsədi media sahəsində aparıcı mövqedə dayanmaqdır.

Bizdə Xəbəraztv.Az İnformasiya Agentliyi olaraq saytın rəhbəri və təsisçisi həmkarım Səbuhi Eltonlu və kolleltivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Paylaş: