Əmək pensiyası ARTIRILIR

Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

Xəbəraztv.Az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Xəbəraztv.Az

Paylaş: