Azərbaycan üçün yeni platforma – Tehran Bakı ilə razılaşdı

“İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasının rəsmi Bakı üçün iqtisadi üstünlüyü ondan ibarətdir ki, Türkmənistan qazı Azərbaycana dünya bazarındakı qiymətlərdən daha ucuz qiymətə satılır”.

Xəbəraztv.Az-ın məlumatına görə İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasının rəsmi Bakı üçün iqtisadi üstünlüyü ondan ibarətdir ki, Türkmənistan qazı Azərbaycana dünya bazarındakı qiymətlərdən daha ucuz qiymətə satılır”.

Bunu açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, bu saziş bütün tərəflər üçün çox böyük qazanc yeri olacaq:

“Azərbaycanın Türkmənistandan daha ucuz qiymətə qaz tədarük etməsi imkan verir ki, türkmən qazı hesabına Azərbaycan Avropa İttifaqına nəql olunan qazın həcmini çoxaltsın. Bu da qiymət fərqini nəzərə alaraq bizə kifayət qədər çox mənfəət gətirə bilər. Bu da əlbəttə ki, həm də Türkmənistan üçün vacibdir. Çünki Azərbaycan Türkmənistana “diri pullar” qazandırır.

Bilirik ki, Türkmənistan Çin Xalq Respublikasına nəql etdiyi qazın bir həcminin pulunu almır. Ona görə ki, vaxtilə Çindən aldığı kredit hesabına boru kəməri tikdirib və bu boru kəmərini tikdirmək üçün götürdüyü krediti qaytarmaq üçün qazın bir hissəsini “barter” hesabına ödəyir. Ona görə Çinə qaz satışından kifayət qədər pul əldə edə bilmir. Amma Azərbaycana qaz satmaqla dediyim o “diri pulları” götürə bilər. Əlbəttə ki, bu saziş Türkmənistan üçün də çox vacib gəlir mənbəyi olacaq.

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi Tehran üçün də ona görə vacibdir ki, İran tranzit ölkə kimi mənfəət qazanır, eyni zamanda regionda “energy had” rolunu oynayır. Əlbəttə ki, bu çox vacib, əhəmiyyətli bir sazişdir və bütün tərəflər üçün çox böyük qazanc yeri olacaq. Digər tərəfdən onu demək lazımdır ki, bu sazişlərdə əməkdaşlıq özü proqmatik əsaslar çərçivəsində qurulur. Yəni burada tərəflər təkcə deklorativ ifadələrlə yox, eyni zamanda konkret faydalar yürüdürlər.

Təəssüflər olsun ki, son vaxtlar Azərbaycan-İran münasibətlərində müəyyən mənfi çalarlar özünü büruzə verdi. O da ki, xaricdən olan təsirlər nəticəsində baş verdi. İran Prezidenti İbrahim Rəisi Prezident İlham Əliyevlə dialoqları zamanı demişdi ki, “Biz ona nail olmalıyıq ki, digər üçüncü ölkələr İran-Azərbaycan münasibətlərini pozmasınlar”. Düzdür, düşünürük ki, Rəsisi burada Ermənistanı nəzərdə tutmurdu, daha çox bu sözləri İsrailə ünvünlanmışdı. Amma biz əslində Ermənistanı nəzərdə tutmalıyıq, çünki məhz Ermənistanın “səyləri” nəticəsində İran-Azərbaycan münasibətlərinin pozulmasına cəhd göstərildi. Lakin son hadisələr – həm İlyam Əliyevlə Rəisi arasındakı səmimi söhbətlər, həm ondan öncə baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində əldə olunmuş razılıqlar onu göstərir ki, iqtisadi və dərin siyasi maraqlar Azərbaycan-İran münasibətlərində daha çox üstündür və Azərbaycan-İran münasibətləri çoxfaktorlu münasibətlərdir. Düzdür, müəyyən ziddiyyətlər qalır, amma bu ziddiyyətləri özümüz ikitərəfli dialoq əsnasında həll edə bilsək, ziddiyyətlər o zaman şişirdilməyəcək və eyni zamanda da hər iki tərəfin dərin maraqlarına zərər gətirməyəcək. Əsas istək də bundan ibarətdir. Düşünürəm ki, bu hadisə özü çox önəmli və əlamətdar bir hadisədir”.

Qeyd edək ki, Aşqabadda baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzaladılar. Müqaviləyə əsasən Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz tədarük ediləcək. i.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, bu saziş bütün tərəflər üçün çox böyük qazanc yeri olacaq:

“Azərbaycanın Türkmənistandan daha ucuz qiymətə qaz tədarük etməsi imkan verir ki, türkmən qazı hesabına Azərbaycan Avropa İttifaqına nəql olunan qazın həcmini çoxaltsın. Bu da qiymət fərqini nəzərə alaraq bizə kifayət qədər çox mənfəət gətirə bilər. Bu da əlbəttə ki, həm də Türkmənistan üçün vacibdir. Çünki Azərbaycan Türkmənistana “diri pullar” qazandırır.

Bilirik ki, Türkmənistan Çin Xalq Respublikasına nəql etdiyi qazın bir həcminin pulunu almır. Ona görə ki, vaxtilə Çindən aldığı kredit hesabına boru kəməri tikdirib və bu boru kəmərini tikdirmək üçün götürdüyü krediti qaytarmaq üçün qazın bir hissəsini “barter” hesabına ödəyir. Ona görə Çinə qaz satışından kifayət qədər pul əldə edə bilmir. Amma Azərbaycana qaz satmaqla dediyim o “diri pulları” götürə bilər. Əlbəttə ki, bu saziş Türkmənistan üçün də çox vacib gəlir mənbəyi olacaq.

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi Tehran üçün də ona görə vacibdir ki, İran tranzit ölkə kimi mənfəət qazanır, eyni zamanda regionda “energy had” rolunu oynayır. Əlbəttə ki, bu çox vacib, əhəmiyyətli bir sazişdir və bütün tərəflər üçün çox böyük qazanc yeri olacaq. Digər tərəfdən onu demək lazımdır ki, bu sazişlərdə əməkdaşlıq özü proqmatik əsaslar çərçivəsində qurulur. Yəni burada tərəflər təkcə deklorativ ifadələrlə yox, eyni zamanda konkret faydalar yürüdürlər.

Təəssüflər olsun ki, son vaxtlar Azərbaycan-İran münasibətlərində müəyyən mənfi çalarlar özünü büruzə verdi. O da ki, xaricdən olan təsirlər nəticəsində baş verdi. İran Prezidenti İbrahim Rəisi Prezident İlham Əliyevlə dialoqları zamanı demişdi ki, “Biz ona nail olmalıyıq ki, digər üçüncü ölkələr İran-Azərbaycan münasibətlərini pozmasınlar”. Düzdür, düşünürük ki, Rəsisi burada Ermənistanı nəzərdə tutmurdu, daha çox bu sözləri İsrailə ünvünlanmışdı. Amma biz əslində Ermənistanı nəzərdə tutmalıyıq, çünki məhz Ermənistanın “səyləri” nəticəsində İran-Azərbaycan münasibətlərinin pozulmasına cəhd göstərildi. Lakin son hadisələr – həm İlyam Əliyevlə Rəisi arasındakı səmimi söhbətlər, həm ondan öncə baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində əldə olunmuş razılıqlar onu göstərir ki, iqtisadi və dərin siyasi maraqlar Azərbaycan-İran münasibətlərində daha çox üstündür və Azərbaycan-İran münasibətləri çoxfaktorlu münasibətlərdir. Düzdür, müəyyən ziddiyyətlər qalır, amma bu ziddiyyətləri özümüz ikitərəfli dialoq əsnasında həll edə bilsək, ziddiyyətlər o zaman şişirdilməyəcək və eyni zamanda da hər iki tərəfin dərin maraqlarına zərər gətirməyəcək. Əsas istək də bundan ibarətdir. Düşünürəm ki, bu hadisə özü çox önəmli və əlamətdar bir hadisədir”.

Qeyd edək ki, Aşqabadda baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzaladılar. Müqaviləyə əsasən Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz tədarük ediləcək.

Paylaş: