“Şahdəniz 2″nin şimal cinahında beşinci quyudan hasilata başlanılıb

bodrum escort bayan

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi (“Şahdəniz 2”) çərçivəsində şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

Xəbəraztv.Az-ın məlumatına görə, bu barədə BP şirkətinin açıqlamasında deyilir.

Azərbaycanda qaz istehlakı kəskin artıb
Avropa Komissiyası qaz və elektrik enerjisi qiymətlərinin ayırmasını dəstəkləyib
SOCAR-ın Türkiyədəki NEZ-i ixracı kəskin azaldıb
Qeyd olunur ki, bu, 2021-ci ilin IV rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

“Mövcud “Şahdəniz 1” və “Şahdəniz 2” qurğularının hasilat gücü hazırda merter escort gündə təxminən 70 mln. (ildə 25 mlrd. çox) standart kubmetrdir”, – açıqlamada deyilir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 mlrd. standart kubmetr qaz və 3 mln. ton (təqribən 24 mln. barel) kondensat hasil edilib.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Paylaş: