“Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olurdu, bu şəraitdə təbii ki, müəyyən qərarlar verilməli idi” – Emin Əmrullayev

Novruz bayramından sonra dərslər başladıqdan sonra 3 gün ərzində – martın 29, 30 və 31-də 61 məktəb distant tədrisə keçib. Onların 24-ü Bakının payına düşürdü.

Xəbəraztv.Az istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

E.Əmrullayev qeyd edib ki, gündəlik yoluxmaların 4,6 faizi müəllimlərin payına düşüb. Bu yoluxmalar yalnız məktəblərdə olmayıb.

Nazirin sözlərinə görə, fevralın sonlarından başlayaraq, COVİD-19-a yoluxma sayının artması müşahidə edilirdi: “Novruz bayramından sonra da məktəblər şagirdlərin üzünə açıq idi. Lakin yoluxma sayı hər gün demək olar ki, 2500-dür. Bu şəraitdə təbii ki, müəyyən qərarlar verilməli idi”.

Nazir qeyd edib ki, bəzi rayonlarda gündəlik yoluxma halı 3-4-dür: “Bunların hər biri lokal xarakter daşıyır. Buna görə də bütün ölkə üzrə məktəblərdə kütləvi qapanmaya gedilmədi. Bəziləri hesab edirlər ki, müəllimlər üçün yoluxma riski artır. Bəli, bu, belədir. Amma bütün vətəndaşlar bu risklə üz-üzrədir. Hesab edirəm ki, müəllimlərin böyük sevinci onların şagirdlərlə üz-üzə dərs keçməsidir”.
Təhsil nazirinin sözlərinə görə, məktəblərdə son günlər ərzində davamiyyətin kəskin aşağı düşməsi müşahidə edilirdi. Bakı, Suqmayıt, Abşeron, Şəki və Gəncədə tədrisin dayandırılması barədə qərar verilərkən bu amil də nəzərə alınıb.

Paylaş: