Ağdaş rayon Regional Mədəniyyət İdarəsinin rəhbərliyi Göyçay rayonunda şəhid ailələrinə bayram sovqatı paylayıb.

bodrum escort bayan

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Göyçay rayonunda II Qarabağ muharibəsində şəhid olmuş Göyçaylı şəhidlərin ailə üzvlərinə Novruz bayramı münasibətilə bayram sovqatı paylamışdır.

Xəbəraztv.az-ın məlumatına görə,Regional idarəsinin rəisi Səxavət Məmmədov , rəis muavini Sahib Şükürov idarənin baş məsləhətçisi İlqar Vəliyev, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov və bir qrup mədəniyyət işçisi Qaraxıdır kəndində şəhid şəmistan Əzizovun və Məlikkənd kəndində şəhid Xəyyam Hüseyinovun ailəsinin qonağı oldular.
Regional idarənin rəisi Səxavət Məmmədovun hər iki ailənin problemlərilə yaxından tanış oldu və onlara lazımı köməkliyin göstəriləciyi barədə rəis muavininə və baş məsləhətçiyə tapşırıqlar verdi.
Şəhid Şəmistan Əzizovun atası İlyas Əzizov və şəhid Xəyyam Hüseyinovun atası Hüseyin Hüseyinov Azərbaycan Respublikasının Prezidenti ,Ali Bas Komandan cənab İlham Əliyevə,Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova ,Regional idarənin rəisi Səxavət Məmmədova və gələn qonaqlara şəhid ailələrinə göstərilən qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Sonda Ağdaş Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Göycay rayon komitəsinin birgə hazırladığı Novruz sovqatları şəhid ailələrinə təqdim edildi.

Xəbərin müəllifi : Rəşid Rüstəmov



Paylaş: