Oğuzda ağac kəsən şəxs cəzalandırılıb

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Xəbəraztv .az-a mlumat verilib. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün Oğuz Rayon Prokurorluğuna göndərilib.

Xəbərin müəllifi : Rəşid Rüstəmov

Paylaş: