Şəhidin atası danışdı

bodrum escort bayan

Şəhid atası: “Bizimlə həmişə gülə-gülə danışardı, qorxan oğul deyildi” – FOTO

44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Zəlimxan Rafiq oğlu Həsənlidir.

Əslən Kəlbəcər rayonundan olan şəhidimiz 7 dekabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub.

O, 2020-ci ilin yanvar ayında hərbi xidmətə gedib. Ağcabədidə həqiqi hərbi xidmət keçir. Üç aydan sonra vətənə xidmətini Beyləqanda davam etdirir. Sentyabrın 27-dən isə Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarına qoşulur. O, haqq savaşımızda artilleriya komandasında iştirak edib. Zəlimxan qumbaraatançı olub.

Zəlimxanın atası Rafiq Həsənli deyir ki, şəhidimiz döyüşlər başlayan gündən ailəsi ilə əlaqə saxlayıb və onlardan narahat olmamalarını xahiş edib.

“Döyüşlər başlayan gün bizimlə əlaqə saxladı. Hazır olduqlarını və döyüşə yollandıqlarını dedi. Amma tez-tez əlaqə saxlayırdı. Soruşurdum ki, oralarda vəziyyət necədir? Deyirdi hər şey yaxşıdır, xeyli sayda kənd almışıq, irəliləyirik, qorxmuruq. Qətiyyən qorxan övlad deyildi. Həmişə deyirdi ki, biz torpaqlarımızı düşməndən azad etməliyik. Həmişə də gülə-gülə danışırdı. Deyirdi ki, əsas siz özünüzü qoruyun. Çünki biz cəbhə bölgəsində yaşayırıq. O, döyüşdə olanda da bizdən narahat idi”,-deyə atası bildirib.

Paylaş: