GMX-nin baş həkimi Elçin Bilalov Davud Tarverdiyevə açıqlama verdi

bodrum escort bayan

Son günlər sosial şəbəkələrdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisə ilə bağlı yayılan videoya ətraflı məlumatı xəstəxananın baş həkimi Elçin Bilalov Göyçayın tanınmış gənc media işçisi olan Davud Tarverdiyev -ə açıqlamasında bildirib. O, qeyd edib ki, Vətən müharibəsində iştirak etmiş, Göyçay rayon Ləkçıplaq kənd sakini, 1999-cu il təvəllüdlü, İsmayılov Nicat Rövşən oğlu 13 yanvar 2021-ci il tarixində saat 20:00 radələrində isterik tutmalarla RMX-na müraciət edib, növbətçi həkim Vətənxa Böyükağa, növbətçi reanimotoloq Solmaz Hüseynova tərəfindən xəstəyə yardımlar göstərilib. Digər həkim nevropatoloq Mirəli Abdullayev evdən çağırılaraq konsultasiya olunub. 22:00 radələrində növbəyə gələn digər həkim Famil Namazov, növbətçi reanimotoloq Elburus Kərimov tərəfindən nəzarət olunub və psixiatr həkim Elşən Cavadov evdən konsultasiya üçün xəstəxanaya çağırılıb. Həkimlərin rəyi ilə xəstə dinamik nəzarət üçün stasionar müalicəyə cəlb olunub. 14 yanvar 2021-ci il tarixində xəstə yenidən konsilium olunur (09:30-da) və Psixi Sağlamlq Mərkəzinə göndəriş verilir. Lakin xəstənin yaxınları qəti şəkildə psixi profilli xəstəxanaya getməkdən imtina edir və Mərkəzi Hərbi Hospitala göndəriş verilməsini tələb edirlər. 14 yanvar 2021-ci il tarixində axşam saatlarında xəstə Şəki Psixiatriya Xəstəxanasına göndərilməsi təşkil olunsa da onlar yenə də getməkdən və bu təklifdən imtina ediblər. Xəstənin yaxınları xəstəxanaya basqın edərək iş rejimin pozulmasına, stasionar müalicə alan digər xəstələrin narahatlıq hissi keçirmələrinə səbəb olublar. E.Bilalovun sözlərinə görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının müdaxiləsindən sonra qarşıdurmanın qarşısı alınıb və xəstənin yaxınları xəstəxana daxilindən kənarlaşdırılıb. Xəstə 15 yanvar 2021-ci il tarixində saat 08:30-da təcili yardım maşını və həkim nəzarəti ilə razılaşma əsasında Mərkəzi Hərbi Hospitala göndərilib.

Qeyd edək ki, N.İsmayılov Vətən müharibəsi döyüşlərinə Səfərbəliklə qatılmışdır.

Paylaş: