Bəzi TV və saytlarda Göyçaylı məmurun ölümü ilə bağlı yalan məlumatlar yayılıb – FOTO

       

Bölmə : Bölgə Tarix : 12 Yanvar 2021

Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramin Ramiz oğlunun İsmayıllıda qəflətən ölməsinin dəqiq səbəbi hələ ki, bilinmir, faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir. Lakin, ölkənin bəzi xəbər saytları, Baku TV internet kanalı İsmayıllı rayon Prokurorluğunun yekun qərarını gözləmədən, yəni istintaqın işini kobud şəkildə pozaraq bələdiyyə sədrinin ölümünü narkotik və qadınla əlaqələndiriblər. Həmin internet saytları bu cür xoşagəlməz xəbərləri yaymaqla bələdiyyə sədrinə və onun ailə üzvlərinə hörmətsizlik ediblər. Məhkəmə-tibbi ekspertizanın rəyini və prokurorluğun son qərarını gözləmədən mərhumun adına belə çirkin sözlərin yazılması qanunla şər və böhtandır. KİV haqqında qanuna əsasən xəbər saytları istintaqın işinə qarışmamalı və bələdiyyə sədrinin ölümü barədə adi xəbər yazmaqla kifayətlənməli idi. Çox təəsüf ki, Göyçayda şaiyə yayan bəzi insanlar yalan məlumatları ölkənin xəbər saytlarına və Baku TV-yə ötürüb, onlar da reytinq xətrinə belə təsdiqlənməmiş xəbər yayıblar. Mərhumun ölümü ilə bağlı onun adına çıxarılan bu xoşagəlməz sözlər Bəydövül kənd sakinlərinin, mərhumun qohumlarının və ailə üzvlərinin haqlı narazılığına səbəb olub. Çünki, Ramin Yusifov bələdiyyə sədri kimi öz kəndində və rayonda hörmət qazanmışdı. Hər kəs düşünməlidir ki, ölüm hamı üçün haqdır. Heç kim bilmir, ölüm ona necə və harada qismət olacaq. Ölən şəxsin arxası ilə xoşagəlməz sözlər deməzlər, şaiyələr yaymazlar.

Allah rəhmət eləsin.

Axtar

Təqvim


Məzənə

 Valyuta məzənnəsi