Deputat Azdramın qazi əməkdaşları ilə görüşdü – Foto

       

Bölmə : Ölkə Tarix : 05 Yanvar 2021

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları Rüfət Çingiz oğlu Cabbarov və Tərlan Vüqar oğlu Əsgərli ilə görüşüb.

Kult.az xəbər verir ki, Q.Paşayeva Vətən Müharibəsinin qazisi olan mədəniyyət işçilərini ölkəmizin tarixi qələbəsi münasibətilə təbrik edib.

“Sizi, sizin timsalınızda çiyin-çiyinə vuruşduğunuz hərbçilərimizi, habelə, teatrınızın əməkdaşlarını bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!

Siz bu ilin sentyabr ayında, qismən səfərbərliklə bağlı Prezident Sərəncamına əsasən Ordu sıralarına çağırılmısız. Düşmənlə döyüşlərdə mərdliklə vuruşmusuz.

Sizin xilaskarlıq missiyanız tapdaq altında qalmış şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, teatrların da bərpası, təmiri üçün imkanlar açıb.

Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk”, – millət vəkili deyib.

Q.Paşayeva R.Cabbarov və T.Əsgərliyə Mədəniyyət Komitəsi adından təbrik məktubu və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saat təqdim edib.

Axtar

Təqvim


Məzənə

 Valyuta məzənnəsi