Daha 9 korona xəstəsi saxlanıldı

bodrum escort bayan

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 8-i yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Paylaş: