Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Qurbanəliyev Sadıq

bodrum escort bayan

Qurbanəliyev Sadıq Arif oğlu, 01.08.1973-cü ildə Xaçmaz Şəhərində anadan olmuşdur.1980- ci ildə 1 sinifə daxil olmuşdur. 1990-cı ildə məktəbi bitirmişdir. 1991-ci ildə may ayının 25- də hərbi xidmətə çağırılmışdır. Həmin ildə Əlibayramlı şəhərində komandirlik kursunu bitirmiş və könüllü olaraq cəbhəyə getmişdir. O, Ağdam rayonu Papravənd Kəndi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş,1993-cü il aprel ayının 19-u ermənilərə qarşı gedən döyüşdə ağır yaralanmış,Aprel ayının 20-si Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin cənazəsi boya-başa çatdığı Üçgün kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
1996cı ildə Xaçmaz rayon icra hakimiyyətinin qərarı ilə Üçgün kənd orta məktəbinə,Şəhid Sadiq-in adı verilmiş,2001-ci ildə məktəbin həyətində heykəli ucalmışdır.
Şəhidlər ölməz,Vətən bölünməz.!
Ruhun şad olsun, Qəbrin nurla dolsun.

 

Paylaş: