Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba-Xaçmaz yolunun rayonun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil yolu keçmək istəyən Quba rayonu, Amsar kənd sakini Əminə Xələfovanı vuraraq öldürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.