Koronanın Azərbaycana xeyri: Artıq buna hazırıq

bodrum escort bayan

Bəziləri hesab edir ki, bu il koronavirusa görə elektron vasitələrdən istifadə dərəcəsi artdı və beləliklə rəqəmsallaşma iqtisadiyyata ciddi təsir etdi. Bu belə deyil, pandemiya sadəcə rəqəmsallaşmanın zərurətini ortaya çıxartdı.

Bu barədə  iqtisadiyyat üzrə ekspert Pərviz Heydərov danışıb.

O bildirib ki, ölkəmizdə rəqəmsallaşma sahəsində müxtəlif tədbirlər addım-addım həyata keçirilirdi:

“Elektronlaşma ilə bağlı əhali arasında təbliğat aparmaq lazım idi. Məsələn, qeyri-nağd ödənişlər son illərə qədər hökumət tərəfindən tövsiyə olunurdu. POS-terminalların istifadəsilə bağlı ƏDV-nin geri alınması layihəsi kimi əlavə stimullaşdırıcı tədbirlər həyata keçirilirdi. İndi hər şey asan və sadədir, elektron xidmətdən yararlana bilirik, gələcəkdə isə işlərimizi evdən belə görə biləcəyik. Bu cür rəqəmsal həllər iqtisadiyyata daxil olduğundan həm dövlət, həm də millət udmuş oldu və gələcəkdə də həmin tendensiya davam edəcək”.

Ekspertin fikrincə, ölkəmiz rəqəmsallaşma prosesinə hazırdır və yaxın gələcəkdə alışdığımız mühit tam dəyişə bilər:

“Daha əvvəl vətəndaşlarımız bu sahədə lazımı bilik səviyyəsinə malik deyildilər, ciddi yanaşma ümumiyyətlə yox idi. Hökumətin çalışmağına baxmayaraq, yaxşı nəticəyə nail olmaq çətin idi. Bu məsələ də avtomatik olaraq “pandemiyanın rəqəmsallaşmanı təmin etməsi” fikrini ərsəyə gətirdi. Azərbaycan rəqəmsallaşmaya müəyyən mənada hazırdır, çünki pandemiyadan öncə də buna hazırlaşırdıq. Texnoloji vasitələrin xaricdən gətirilməsi, eləcə də daxili istehsalı mümkündür. Yerli mütəxəssislərimiz də mövcuddur. Azərbaycan iqtisadiyyatı rəqəmsallaşmaya nəinki hazırdır, hətta indidən başlayaraq əlindəki bütün imkanlardan tam istifadə etməlidir”.

 

 

Paylaş: