Biləsuvarda ağır yol qəzası olub, ölənlər var

       

Bölmə : Hadisə Tarix : 20 Sentyabr 2020

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.

Axtar

Xəbər xətti

Təqvim


Məzənə

 Valyuta məzənnəsi